Mobil versiya
İslam alimlərindən Türkiyə, Səudiyyə, Pakistan ittifaqına xeyir-dua – “Ümmətin birliyi güclənəcək”
Tarix: 12-08-2026 | Saat: 14:22
Bölmə:Dünya | çapa göndər

İslam alimlərindən Türkiyə, Səudiyyə, Pakistan ittifaqına xeyir-dua – “Ümmətin birliyi güclənəcək”


Dünya Müsəlman Alimləri Birliyi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə sazişinə dəstəyini açıqlayıb.

aia.az xəbər verir ki, birlik bu razılaşmanı İslam dünyasının birliyi və müstəqilliyi istiqamətində mühüm addım kimi qiymətləndirib.

Bəyanatda bildirilib ki, saziş ortaq təhdidlər qarşısında İslam dünyasının potensialının gücləndirilməsinə imkan verəcək.

Dünya Müsəlman Alimləri Birliyi üç ölkə arasındakı əməkdaşlığın yalnız müdafiə və təhlükəsizlik sahələri ilə məhdudlaşmamasına ümid etdiyini bildirib. Qeyd olunub ki, gələcəkdə bu əməkdaşlıq siyasi, iqtisadi, ictimai və elmi sahələri də əhatə etməlidir.

Birliyin bəyanatında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın birgə fəaliyyətinin müsəlman ümmətinin birliyinin və əməkdaşlığının gücləndirilməsi üçün möhkəm nüvə yaradacağı vurğulanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-08-2026