Əvvəl Azərbaycanla sülh - Ankaradan İrəvana mesaj
Tarix: 11-08-2026 | Saat: 01:36
Bölmə:Dünya | çapa göndər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistanın davamlı sülh sazişinə doğru irəlilədiyini bildirib.
“aia.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, xarici işlər naziri bu barədə “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Fidan Qafqazda əldə olunan razılaşmadan sonra atəşkəsin qorunacağına ümid etdiyini deyib.
“Ermənistan və Azərbaycan davamlı sülh sazişinə doğru irəliləyir və biz bunu dəstəkləyirik. Bu prosesi dəstəkləyərkən təhlükəsizlik və iqtisadi məsələləri də nəzərə alırıq”, - Hakan Fidan qeyd edib.
Qeyd edək ki, Türkiyə tərəfi daha əvvəl Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalandıqdan sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. Həmçinin Ankara Ermənistan-Türkiyə münasibətlərinin Azərbaycan və Ermənistan arasındakı münasibətlərdən də asılı olduğunu vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-08-2026
10-08-2026