Mobil versiya
“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
Tarix: 08-08-2026 | Saat: 23:33
Bölmə:Dünya | çapa göndər

“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski


“Ukrayna Donbas (Donetsk və Luqansk vilayətləri – red.) ərazisini tərk etmək niyyətində deyil”.

“aia.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında yayımladığı müsahibəsində bildirib.

“Heç kim öz dövlətini, öz insanlarını və torpağını atıb çıxıb gedən deyil”, – deyə Ukrayna lideri vurğulayıb.

Avqustun 7-də Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KMİS) keçirdiyi sorğunun nəticələrinə əsasən, Ukrayna əhalisinin əksəriyyəti Vaşinqton və Avropanın təhlükəsizlik zəmanətləri müqabilində Silahlı Qüvvələrin Donbasdan çıxarılmasının əleyhinədir.

Tədqiqata görə, respondentlərin 60%-i təhlükəsizlik zəmanətləri qarşılığında Ukrayna qoşunlarının Donbasın nəzarətdə olan hissəsindən geri çəkilməsini qətiyyən qəbulolunmaz hesab edir. Sorğuda iştirak edənlərin 33%-i bu şərtlərlə razılaşdığını, 7%-i isə mövqeyini bildirməkdə çətinlik çəkdiyini qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-08-2026