Mobil versiya
Pezeşkian: İndi ABŞ ilə razılaşma əldə etmək üçün ən yaxşı vaxtdır
Tarix: 08-08-2026 | Saat: 22:23
Bölmə:Dünya | çapa göndər

Pezeşkian: İndi ABŞ ilə razılaşma əldə etmək üçün ən yaxşı vaxtdır


İran ilə ABŞ arasında razılaşmanın əldə edilməsi üçün fürsət yaranıb.
aia.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Bəzən razılaşma əldə etməyin zəruriliyi barədə danışırlar və mən hesab edirəm ki, indi bunun üçün ən yaxşı vaxtdır, çünki ölkədə həmrəylik, güc və birlik müşahidə olunur", - o qeyd edib.

Pezeşkianın fikrincə, İran müharibədə qalib tərəf kimi qəbul olunur.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Donald Tramp və Məsud Pezeşkian tərəfindən rəqəmsal şəkildə imzalanıb. Lakin iyulun 8-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında üç gəmiyə qarşı hücumlarına cavab olaraq ölkəyə "kütləvi güclü zərbələr" endirildiyini bəyan edib.

Avqustun 2-də Tramp razılaşmanın bağlanması şərtilə İrana planlaşdırılan yeni hücumun ləğv edildiyini açıqlayıb. Hazırda Hörmüz boğazına nəzarətlə bağlı danışıqlar aparılır.(report)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-08-2026