Türkiyədən PKK ilə bağlı yeni addım: Öcalan üçün xüsusi maddə yoxdur
Tarix: 03-08-2026 | Saat: 22:23
Bölmə:Dünya | çapa göndər

Türkiyədə "Terrorsuz Türkiyə" prosesi çərçivəsində hazırlanan qanun layihəsinin gələn həftə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunacağı gözlənilir.
aia.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Məlumata görə, təxminən iki ilə yaxındır davam edən hazırlıq işlərinin növbəti mərhələsinə keçilir. Hazırlanan çərçivə qanun layihəsində cinayət əməllərində iştirak etməmiş, yalnız terror təşkilatına üzv olmaq maddəsi ilə məhkum olunmuş şəxslər, eləcə də xaricdə olub silahlı fəaliyyətlərdə iştirak etməmiş təşkilat üzvləri üçün nəzarətli azadlıq və cəmiyyətə reinteqrasiya mexanizmlərinin yaradılması nəzərdə tutulur.
Bildirilir ki, layihənin parlamentə təqdim edilməsindən əvvəl siyasi partiyalar arasında məsləhətləşmələr aparılacaq. AKP-nin parlament fraksiyasının sədri Abdullah Gülərin TBMM-də təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşərək layihənin detallarını müzakirə etməsi gözlənilir.
"A Haber" telekanalının müxbiri Şener Çətinin sözlərinə görə, 2024-cü ilin oktyabrında başlayan və mərhələli şəkildə davam etdirilən proses artıq mühüm mərhələyə qədəm qoyur.
"Artıq bu həssas və uzunmüddətli işin nəticələrini görməyə başlayacağıq. "Terrorsuz Türkiyə" istiqamətində hüquqi tənzimləmə mühüm əhəmiyyət daşıyır və qarşıdakı həftə kritik olacaq", – deyə o bildirib.
Onun sözlərinə görə, TBMM sədri Numan Kurtulmuş da qanun layihəsinin gələn həftə ortaq təklif kimi parlamentə təqdim ediləcəyini açıqlayıb.
Şener Çətin əlavə edib ki, Abdullah Gülərin layihə ilə bağlı CHP, Yeni Partiya və Yeniyol Partiyasının nümayəndələri ilə də görüşəcəyi gözlənilir.
Məlumata əsasən, prosesə nəzarət məqsədilə iki ayrıca komissiyanın yaradılması planlaşdırılır. Onlardan biri Prezident Administrasiyası, digəri isə TBMM nəzdində fəaliyyət göstərəcək. Komissiyalar silahların təhvil verilməsi prosesi, təşkilat üzvlərinin geri qayıtması, sahədəki vəziyyət və cəmiyyətə inteqrasiya məsələlərini təxminən altı ay ərzində izləyəcək.
Xəbərdə vurğulanır ki, layihədə ümumi əfv nəzərdə tutulmur.
Şener Çətinin sözlərinə görə, PKK lideri Abdullah Öcalan və təşkilatın digər yüksək rəhbərliyi ilə bağlı heç bir xüsusi hüquqi tənzimləmə layihəyə daxil edilməyib.
O bildirib ki, Kandildə olan rəhbərlər Türkiyəyə gələ bilməyəcəklər. Gəlmək istəyən şəxslər isə hər hansı xüsusi hüquqi rejimdən yararlanmayacaq və qüvvədə olan qanunvericiliyə uyğun olaraq mühakimə ediləcəklər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-08-2026