Küveyt ordusundan xəbərdarlıq - HHM sistemləri işə düşdü
Tarix: 24-07-2026 | Saat: 20:03
Bölmə:Dünya | çapa göndər

Küveyt ordusu İranın raket və PUA hücumlarına qarşı hava hücumundan müdafiə (HHM) sistemlərinin işə salındığını elan edib.
“aia.az” xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin rəsmi “X” hesabında məlumat yayılıb.
“Küveyt hava hücumundan müdafiə sistemləri İranın hücumundan sonra düşmənin PUA hücumlarının dəf edilməsi istiqamətində fəaliyyət göstərir”, – deyə bəyanatda vurğulanıb.
Məlumatda ölkə ərazisində eşidilə biləcək partlayış səslərinin HHM sistemlərinin düşmən hədəflərini zərərsizləşdirməsindən qaynaqlandığı bildirilib. Ordu rəhbərliyi bütün vətəndaşları aidiyyəti qurumlar tərəfindən yayımlanan təhlükəsizlik təlimatlarına ciddi şəkildə əməl etməyə çağırıb.
Qeyd edək ki, İran ABŞ-nin hücumlarına cavab olaraq bir həftədən çoxdur ki, Körfəz ölkələrinə raket və PUA-larla zərbələr endirməkdə davam edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-07-2026