Mobil versiya
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Tarix: 23-07-2026 | Saat: 12:28
Bölmə:Dünya | çapa göndər

Hörmüz boğazından keçən neft tankeri minaya düşüb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, üç neft tankeri Hörmüz boğazının cənubunda minalanmış marşrutla hərəkət etməyə cəhd göstərib. Onlardan biri minaya düşüb və gəmidə yanğın başlayıb.

aia.az xəbər verir ki, bu barədə "Press TV" SEPAH-ın bəyanatına əsasən məlumat yayıb.

Məlumata görə, tankerin biri partlayandan sonra digər iki tanker geri dönərək boğazı tərk edib.

"Hörmüz boğazı bizim nəzarətimiz altındadır və ABŞ regionda aqressiv fəaliyyətini davam etdirdiyi müddətdə tamamilə bağlı qalacaq", - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, bir gün əvvəl SEPAH Hörmüz boğazının cənub hissəsinin minalandığını açıqlamışdı. Buna cavab olaraq ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, İran Hörmüz boğazına nəzarət etmir və kommersiya gəmiləri marşrutdan sərbəst şəkildə keçməyə davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-07-2026