"Müxtəlif ssenarilərə hazırlaşırıq" - Zelenski
Tarix: 21-07-2026 | Saat: 18:00
Bölmə:Dünya | çapa göndər

Şimalda Rusiyanın mümkün hərəkətlərinə hazırlıq, dronlardan qorunma və hava hücumundan müdafiənin əlavə gücləndirilməsi hərbi komandanlıqla yeni görüşün əsas mövzularına çevrildi.
aia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"dakı paylaşımında açıqlayıb.
Dövlət başçısının sözlərinə görə, o, müdafiə nazirinin səlahiyyətlərini icra edən Yevhen Xmara və Prezident Administrasiyasının rəhbərinin müavini Pavlo Palisa ilə birlikdə ordu korpuslarının komandirləri ilə bir sıra görüşləri davam etdirib.
Görüş zamanı komandirlər öz ərazilərindəki vəziyyət, Rusiya qoşunlarının fəaliyyəti, düşmənin planlarının qiymətləndirilməsi və Ukrayna qüvvələrinin əks-hücum imkanları barədə məlumat veriblər.
Bundan əlavə, Zelenskiyə Çerniqov-Kiyev istiqamətində müxtəlif ssenarilərə hazırlıq barədə məlumat verilib.
Dövlət başçısı qeyd edib ki, "kəşfiyyat məlumatları və rusların müharibəni uzatmaq və genişləndirmək üçün əlavə yollar axtarması nəzərə alınmaqla, Çerniqov-Kiyev istiqamətində hadisələrin müxtəlif ssenarilərinə hazırlığımız barədə hesabat var".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2026