Mobil versiya
İordaniyada ABŞ bazasına hücum - 2 hərbçi öldü, 1-i itkin düşdü
Tarix: 18-07-2026 | Saat: 21:42
Bölmə:Dünya | çapa göndər

İordaniyada ABŞ bazasına hücum - 2 hərbçi öldü, 1-i itkin düşdü


İranın İordaniyaya endirdiyi raket zərbəsi nəticəsində iki ABŞ hərbçisi həlak olub, biri isə itkin düşüb.

“aia.az” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyanat yayıb.

Məlumata görə, hücum zamanı daha dörd ABŞ hərbçisi müalicə üçün İordaniyadakı xəstəxanalara təxliyə edilib. Onların vəziyyəti stabilləşdiyi üçün artıq xəstəxanadan buraxıldıqları bildirilib. Yüngül xəsarət alan digər hərbi qulluqçular isə yenidən xidmətə qayıdıblar.

“Ailələrə hörmət əlaməti olaraq, həlak olan hərbçilərin şəxsiyyətləri də daxil olmaqla əlavə məlumatlar onların yaxın qohumları məlumatlandırıldıqdan sonra 24 saat keçənədək açıqlanmayacaq”, - bəyanatda deyilir.

Hadisənin detalları ilə bağlı araşdırma davam edir. ABŞ rəsmiləri hücumun bütün halları araşdırıldıqdan sonra əlavə məlumat veriləcəyini bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-07-2026