Mobil versiya
TƏCİLİ: Azov və Qara dənizdə kütləvi dron hücumu - Rusiyanın son 13 gəmisi də VURULDU
Tarix: 18-07-2026 | Saat: 12:46
Bölmə:Dünya | çapa göndər

TƏCİLİ: Azov və Qara dənizdə kütləvi dron hücumu - Rusiyanın son 13 gəmisi də VURULDU


Ukrayna Ordusunun Pilotsuz Sistemlər Qüvvələri Rusiyanın "kölgə donanması"nı hədəf alan və "Moloçka" kod adı verilən xüsusi hərbi əməliyyatın növbəti mərhələsini uğurla həyata keçirib.

aia.az Ukrayna hərbi mənbələrinə istinadən xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") məlumat yayıb.

"Madyar"ın sözlərinə görə, cari ilin 6-18 iyul tarixləri arasında Rusiya Federasiyasının "kölgə donanması" ilə əlaqəli olan ümumilikdə 172 gəmiyə zərbələr endirilib.

Qeydə alınan zərbələrin coğrafiyası olduqca genişdir. Belə ki, ruslara məxsus üzən vasitələrin 118-i Azov dənizində, daha 54-ü isə Qara dəniz akvatoriyasında vurularaq zərərsizləşdirilib.

Əməliyyatın həlledici zərbəsi isə iyulun 18-nə keçən gecə qeydə alınıb. Pilotsuz Sistemlər Qüvvələrinin dronlarının dəqiq zərbələri nəticəsində siyahıda yer alan son 13 gəmi də tamamilə sıradan çıxarılıb. Məhv edilən sonuncu hədəflər arasında 8 quru yük gəmisi, 1 tanker, 1 qaz daşıyan tanker, 1 yedək gəmisi (buqsir) və 2 üzən kran var. Bununla da Rusiyanın dəniz logistikasına ağır zərbə vurulub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-07-2026