Mobil versiya
Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
Tarix: 18-07-2026 | Saat: 12:21
Bölmə:Dünya | çapa göndər

Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...


Ötən aşxam saat 20:30-dan etibarən Ukrayna tərəfindən Moskva bölgəsinə 370-dən çox dronla hücum edilib.

aia.az xəbər verir ki, məlumatı Moskva meri Sergey Sobyanin açıqlayıb. O, iddia edib ki, dronların əksəriyyəti şəhər kənarında zərərsizləşdirilib, 64 PUA isə Moskvaya yaxınlaşarkən məhv edilib.
Daha əvvəl paytaxta hücum etməyə cəhd edən 55 dronun məhv edildiyi bildirilirdi.

Dron hücumlarına görə Moskva Domodedovo Hava Limanı hazırda koordinasiyalı şəkildə fəaliyyət göstərir, Jukovskidə isə təyyarələrin giriş-çıxışına məhdudiyyətlər qoyulub.

Sobyanin dronların məhv edildiyini iddia etsə də, Ukrayna mətbuatı Moskva regionunda Noginsk neft bazasının vurulduğunu göstərən görüntülər yayır. Görüntülərdən anbarda güclü yanğın başlandığı görünür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-07-2026