Mobil versiya
Moskvaya dron hücumu - 26 yaralı
Tarix: 18-07-2026 | Saat: 09:46
Bölmə:Dünya | çapa göndər

Moskvaya dron hücumu - 26 yaralı


Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Moskva vilayətinə hücum edib.

“aia.az” xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Andrey Vorobyov açıqlayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində Elektrostal və Noqinsk şəhərlərində 26 nəfər yaralanıb.

Belə ki, dron hücumu zamanı Noqinskdə neft anbarında, Elektrostalda isə “Wildberries”in anbarında yanğınlar qeydə alınıb.

Ümumilikdə vilayət üzərində 48 dron zərərsizləşdirilib.

Moskva şəhərinin meri Sergey Sobyanin isə bildirib ki, paytaxt istiqamətində ümumi olaraq 370 PUA uçub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-07-2026