Dövlətimizin böyük quruculuq iradəsi -DEPUTAT YAZIR
Tarix: 15-07-2026 | Saat: 10:58
Bölmə:Karusel / Özəl / Seçilənlər-9 | çapa göndər
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Şuşanın dumanlı dağları, daxili fərəhlə ucalan qala divarları bu günlərdə sadəcə tarixi sükutuna çəkilməmişdi; o, Azərbaycanın gələcəyini kökündən dəyişən müdrik bir addımın, böyük bir dövlətçilik zəfərinin və sarsılmaz milli iradənin canlı şahidinə çevrilmişdi. 2026-cı il iyulun 14-də qədim Şuşa xarici siyasətimizin möhtəşəm bir səhifəsinə ev sahibliyi etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizə rəsmi səfərə gələn Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinini bu müqəddəs məkanda bir araya gələrək, dünyaya yeni bir tərəfdaşlıq və dostluq ismarışı yolladılar. Bu görüş sadəcə iki rəsmi liderin görüşü deyil, Avropanın mərkəzindən Qarabağın qəlbinə uzanan səmimi bir könül körpüsü, qarşılıqlı etimada söykənən sarsılmaz əlaqələrin növbəti təzahürüdür.
Müzəffər dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən rəhbərliyi, qətiyyətli liderliyi və milli maraqlara söykənən müstəqil xarici siyasət strategiyası bu gün Azərbaycanı qlobal arenada söz sahibi olan, etibarlı və böyük nüfuza malik bir tərəfdaşa çevirmişdir. Dövlətimizin başçısının Şuşada keçirilən birgə mətbuat konfransında böyük bir inamla səsləndirdiyi fikirlər iki ölkə arasındakı siyasi dialoqun ən yüksək zirvədə olduğunu növbəti dəfə təsdiqlədi. Cənab Prezident öz rəsmi bəyanatında bu tərəfdaşlığın gələcək perspektivini xüsusi vurğulayaraq bildirdi:
"Siyasi dialoqumuz çox fəaldır və mən əminəm ki, bundan sonra da Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edəcək."
Bu qətiyyətli tərəfdaşlıq xətti iki dövlətin gələcək birgə yol xəritəsini aydın şəkildə cızır. Slovakiya Prezidenti Peter Pelleqrinini isə öz növbəsində Azərbaycanın bu coğrafiyadakı lider rolunu, regionun sabitliyinin və inkişafının əsas qarantı olduğunu bütün beynəlxalq birliyə bəyan etdi. Bu, məhz cənab Prezidentin rəhbərliyi ilə formalaşdırılmış yeni geosiyasi reallığın Avropa tərəfindən birmənalı şəkildə qəbul edilməsinin ən bariz göstəricisidir.
İki ölkə arasında qurulan bu səmimi münasibətlər sadəcə kağız üzərində, rəsmi protokollarda qalmır; bu gün Qarabağın hər bir daşında, hər bir qarış torpağında öz real və əməli əksini tapır. Bu böyük işbirliyinin ən parlaq, ən möhtəşəm ünvanı isə gözəl Ağdamımızın Baş Qərvənd kəndidir. Cənab Prezident bəyanatında slovakiyalı tərəfdaşların Qarabağın yenidən bərpasında və qurulmasında fəal iştirakından böyük məmnunluq duyduğunu ifadə edərək xüsusi olaraq qeyd etdi:
"Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir."
Slovakiya şirkətlərinin bu nəhəng quruculuq hərəkatına qoşulması bizim müştərək uğurumuzdur. Baş Qərvənddə tətbiq olunan "Ağıllı kənd" (Smart Village) konsepsiyası, 476 hektardan çox geniş bir ərazini əhatə edən irimiqyaslı bir layihədir. İlk mərhələdə tikilməsi nəzərdə tutulan 851 fərdi ev, müasir infrastruktur sahələri və ekoloji cəhətdən təmiz alternativ yaşıl enerji sistemləri doğma yurduna qayıdacaq minlərlə soydaşımızın həyatına işıq saçacaq.
Eyni zamanda, bu tarixi səfər mənəvi baxımdan da dərin rəmzi məna kəsb edir. Hər iki prezidentin Şuşada işğal dövründə bədnam düşmən tərəfindən güllələnmiş dahi şəxsiyyətlərimizin büstlərini ziyarət etməsi tarixi yaddaşın bərpası baxımından mühüm hadisədir. Bu dostluğun gələcək nəsillərə ötürüləcək ən gözəl simvolu isə Baş Qərvənd kəndində ucaldılacaq müasir məktəb binası olacaqdır. Slovakiya Prezidentinin qeyd etdiyi kimi, bu məktəb binasının Slovakiyanın görkəmli dövlət xadimi, milli qəhrəmanı və generalı Milan Rastislav Ştefanikin adını daşıması Qarabağ torpağında Slovakiya xalqının buraxacağı silinməz sülh və dostluq izidir.
Nəticə etibarilə demək olar ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uzaqgörən daxili və xarici siyasət, onun sarsılmaz siyasi iradəsi Azərbaycanı sülhün, tərəqqinin və qlobal əməkdaşlığın etibarlı mərkəzinə çevirib. Azad edilmiş ərazilərimizdə Avropanın mütərəqqi texnologiyaları ilə Azərbaycanın milli əzminin qovuşması, gələcək böyük zəfərlərimizin rəhnidir. Şuşadan başlanan və Baş Qərvənddə reallığa çevrilən bu əməkdaşlıq xətti, məhz cənab Prezidentin qətiyyətli liderliyi altında Azərbaycan xalqının gələcəyə doğru inamla, şərəflə və yeni nailiyyətlərlə addımladığının ən güclü sübutudur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər