"Müharibədə dönüş nöqtəsi tezdir, amma..."- ABŞ-ın məşhur qəzetindən şok Rusiya analizi
Tarix: 12-07-2026 | Saat: 19:05
Bölmə:Dünya | çapa göndər

Ukrayna cəbhəsində Rusiyanın hücumlarının zəifləməsi və Kiyevin rəqib arxasına endirdiyi effektiv zərbələrə rəğmən, hərbi əməliyyatlarda tam dönüşün yarandığını demək hələlik çox tezdir.
aia.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "The Wall Street Journal" (WSJ) qəzeti geniş analitik məqalə dərc edib. Nəşr qeyd edir ki, rəsmi Moskva hələ də cəbhədə mühüm üstünlüklərini, xüsusilə də ballistik raketlərdən geniş istifadə imkanlarını qoruyub saxlayır, Ukrayna isə öz növbəsində Qərbin "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükündən tam asılı vəziyyətdə qalmaqdadır.
Qəzet Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnının da diqqətçəkən rəyinə istinad edib. Zalujnının fikrincə, cəbhədəki mövcud vəziyyət tərəflərdən birinin həlledici qələbəsinə doğru getməsindən ziyada, daha çox "qarşılıqlı olaraq imkanlardan məhrumetmə" xarakteri daşıyır. Bununla belə, WSJ-nin qiymətləndirməsinə görə, Rusiyanın Ukraynanı tükəndirmək strategiyası artıq ciddi uğursuzluqlar verməyə başlayıb; rus ordusunun irəliləməsi nəzərəçarpacaq dərəcədə ləngiyib, Ukrayna PUA-larının Rusiyanın logistika mərkəzlərinə və neft emalı zavodlarına (NEZ) endirdiyi zərbələr isə Kremlə külli miqdarda ziyan vurur.
Ağ Evdəki etibarlı mənbələr isə sensasiyalı bir məqamı açıqlayıblar. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya daxilinə endirdiyi yeni zərbələr barədə mütəmadi olaraq kəşfiyyat hesabatları alır və bu hücumların yüksək effektivliyindən "çox təsirlənib". Bundan əlavə, amerikalı rəsmilər Rusiya cəmiyyətində müharibədən yaranan yorğunluğun sürətlə artdığını qeyd edirlər. Analitiklər Trampın son vaxtlar Ukraynaya qarşı daha loyal və müsbət ritorika nümayiş etdirməsini məhz bu faktorlarla əlaqələndirirlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər