Mobil versiya
İran ABŞ bazalarını atəşə tutdu
Tarix: 12-07-2026 | Saat: 09:57
Bölmə:Dünya | çapa göndər

İran ABŞ bazalarını atəşə tutdu


İran ordusu ABŞ-nin hücumlarına cavab olaraq, Yaxın Şərq ölkələrində yerləşən Amerika hərbi obyektlərinə zərbələr endirib.

“aia.az” xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.

Bildirilir ki, İran hərbçiləri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə ABŞ-nin Küveytdəki “Patriot” hava hücumundan müdafiə (HHM) sisteminə, sursat anbarına və hərbi radiolokasiya obyektinə hücum edib. Bundan əlavə, İran ABŞ-nin Bəhreyndə yerləşən hərbi rabitə və radiolokasiya obyektlərini də hədəf alıb.

Məlumata görə, ABŞ-nin Qətərdəki “Əl-Udeyd” aviabazasına, eləcə də İordaniya və Omandakı hərbi obyektlərinə isə ballistik raketlərlə zərbələr endirilib.

Qeyd edək ki, dünən axşam saatlarında ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr dalğasına başlayıb və zərbələr seriyası tamamlanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə