Mobil versiya
Rusiya dizel ixracını qadağan etdi
Tarix: 09-07-2026 | Saat: 09:21
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya dizel ixracını qadağan etdi

Rusiya hökuməti daxili bazarda yanacaq təminatını gücləndirmək məqsədilə dizel yanacağının ixracını qadağan edib.

aia.az-ın xəbərinə görə, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Prezident Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi müşavirədə deyib.

Novak bildirib ki, ölkədə yanacağa tələbat ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz artıb. Onun sözlərinə görə, bu artım yanacaqdoldurma məntəqələrinin iş yükünü artırıb, həm avtomobillərin sayı, həm də yanacaqdoldurma müddəti yüksəlib.

Baş nazirin müavini qeyd edib ki, daxili bazarda vəziyyət hələ də mürəkkəb olaraq qalır. Yanacaq istehsalının müəyyən səbəblərdən azalması son istehlakçılara tədarük marşrutlarının da dəyişdirilməsini zəruri edib.

“Bu gün dizel yanacağının ixracına qadağa qoyduq. Bu qərar daxili bazara tədarükün artırılmasına imkan verəcək”, – deyə Novak bildirib.

Onun sözlərinə görə, bazarın sabitləşdirilməsi üçün neft emalı zavodlarında istehsal gücü maksimum səviyyəyə çatdırılıb, ehtiyatlardakı yanacaq bazara yönəldilib, cari təmir işlərinin müddəti qısaldılıb, bəzi zavodlarda planlaşdırılan təmir isə sonraya təxirə salınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə