Mobil versiya
ABŞ İrana yeni zərbələr dalğasının başa çatdığını bildirib
Tarix: 09-07-2026 | Saat: 09:20
Bölmə:Manşet / Dünya | çapa göndər

ABŞ İrana yeni zərbələr dalğasının başa çatdığını bildirib

Amerika hərbçiləri İrana təxminən 90 hədəfin vurulduğu növbəti zərbələr dalğasını başa çatdırıb.

aia.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

"CENTCOM qüvvələri İrana qarşı Hörmüz boğazında ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək imkanlarını daha da zəiflərmək məqsədilə əlavə zərbələr endirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib", - məlumatda deyilir.

Komandanlığın məlumatına görə, zərbələrin endirildiyi hədəflər arasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə sistemləri, raket və dron saxlama yerləri olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə