Mobil versiya
ABŞ İranın daha bir strateji şəhərini vurdu: Buşehrdə enerji obyektləri alov içində – İran bombardmanları təsdiqlədi
Tarix: 09-07-2026 | Saat: 01:04
Bölmə:Dünya | çapa göndər

ABŞ İranın daha bir strateji şəhərini vurdu: Buşehrdə enerji obyektləri alov içində – İran bombardmanları təsdiqlədi


ABŞ-ın İranın cənubuna endirdiyi zərbələr daha da genişlənir. İndi isə zərbələrin əsas hədəflərindən birinin də Buşehr olduğu bildirilir. İran mənbələri şəhərdə partlayışların baş verdiyini və enerji infrastrukturunun hədəfə alındığını təsdiqləyir.

Sosial şəbəkələrdə və yerli kanallarda yayılan görüntülərdə Buşehrdə böyük yanğının baş verdiyi, qalın tüstü sütunlarının kilometrlərlə uzaqdan göründüyü əks olunub. Yayılan məlumatlara görə, zərbələrdən sonra elektrik və enerji obyektlərində güclü yanğın başlayıb.

Hadisə şahidlərinin paylaşdıqları videogörüntülərdə partlayışlardan sonra şəhərin bəzi hissələrinin işıqsız qaldığı, alovun isə uzun müddət davam etdiyi görünür.

Buşehr İranın enerji sistemində xüsusi yer tutur. Şəhər həm Fars körfəzi sahilində yerləşən mühüm hərbi-dəniz bazalarından biri, həm də ölkənin ilk atom elektrik stansiyasının yerləşdiyi bölgə kimi strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, əyalətdə çoxsaylı elektrik ötürücü qovşaqlar, enerji obyektləri və sənaye infrastrukturu fəaliyyət göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2026