Ankarada 36-cı NATO Sammiti BAŞLADI
Tarix: 07-07-2026 | Saat: 11:57
Bölmə:Manşet / Dünya | çapa göndər

Ankaranın ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü öz işinə başlayıb.
aia.az xəbər verir ki, NATO-nun dövlət və hökumət başçıları da iyulun 8-də Prezident Sarayında görüşəcəklər.
ATO Konqresiumunda başlayan Müdafiə Sənayesi Forumu NATO tarixində ən əhatəli sənaye tədbiri olacaq. Son 3-4 ildir NATO-nun əlavə tədbiri kimi nəzərdə tutulan Müdafiə Sənayesi Forumu, zirvə toplantısının rəsmi proqramı çərçivəsində ilk dəfə Türkiyədə keçirilir.
NATO-nun paylaşdığı proqrama əsasən, mühüm bir açıqlamanın veriləcəyi Forumda vitse-prezident Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Güler və NATO-nun baş katibi Mark Ruttenin çıxışları planlaşdırılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Slovakiya Prezidenti Peter Pellegrini, Böyük Britaniya Baş naziri Keir Starmer, Almaniya Kansleri Fridrix Merz, İtaliya Baş naziri Giorgia Meloni, Kanada Baş naziri Mark Karni, Albaniya Baş naziri Edi Rama, Bolqarıstan Baş naziri Rumen Radev, Monteneqro Baş naziri Milojko Spajic, NATO Baş katibi Rutte və Avropa Birliyi Şurasının prezidenti Antonio Kosta da daxil olmaqla liderlərlə görüşəcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-07-2026