Mobil versiya
Balaca Abdullah polis helikopterinə salam verdi, mükafatı belə gəldi
Tarix: 05-07-2026 | Saat: 12:00
Bölmə:Dünya | çapa göndər

Balaca Abdullah polis helikopterinə salam verdi, mükafatı belə gəldi


Şanlıurfada balaca Abdullah Əmrənin etdiyi hərəkət bütün Türkiyədə böyük rəğbətlə qarşılanıb.

aia.az xəbər verir ki, Türkiyənin Şanlıurfa şəhərində yaşayan balaca Abdullah Əmrə evinin damına çıxaraq əlində Türkiyə bayrağı ilə səmada uçan polis helikopterini salamlayıb. Həmin səmimi anlar qısa müddətdə sosial şəbəkələrdə yayılaraq minlərlə insanın rəğbətini qazanıb.

Balaca Abdullahın bu vətənpərvər davranışı cavabsız qalmayıb. Şanlıurfa İl Polis İdarəsinin rəisi Atilla Aksoy onu qəbul edərək şanlı Türkiyə bayrağı və velosiped hədiyyə edib.

Görüş zamanı Abdullahın dövlət rəmzlərinə və polisə göstərdiyi sevginin təqdirəlayiq olduğu vurğulanıb. Hədiyyələrin təqdim olunduğu anların görüntüləri də sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə