Mobil versiya
Ermənistan silkələndi
Tarix: 02-07-2026 | Saat: 23:44
Bölmə:Dünya | çapa göndər

Ermənistan silkələndi


Ermənistanın İcevan şəhərindən 14 km şimalda zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Daxili İşlər Nazirliyinin Seysmik Müdafiə Ərazi Xidmətinin seysmoloji şəbəkəsi məlumat yayıb.

Bildirilib ki, iyulun 2-də yerli vaxtla saat 19:05-də (Qrinviç vaxtı ilə saat 15:05-də) şimal enliyinin 41.00⁰ və şərq uzunluğunun 45.16⁰ coğrafi koordinatlarında, İcevan şəhərindən 14 km şimalda, ocağı 10 km dərinlikdə 2.4 maqnitudalı zəlzələ qeydə alınıb. Epikentral zonada yeraltı təkanın gücü 3 bal təşkil edib.

Zəlzələ Tavuş vilayətinin İcevan şəhərində, Aca cur, Xaş tarak və Sevkar kəndlərində 2-3 bal gücündə hiss olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-07-2026