Mobil versiya
İsrailin qondarma "erməni soyqırımı" nı tanıyan qətnaməsi- DETALLAR
Tarix: 26-06-2026 | Saat: 15:31
Bölmə:Dünya | çapa göndər

İsrailin qondarma "erməni soyqırımı" nı tanıyan qətnaməsi- DETALLAR


"İsrailin xarici işlər naziri Gideon Saar iyunun 28-də kabinetə Osmanlı İmperiyasının son illərində törədilmiş Erməni Soyqırımını rəsmi olaraq tanıyan qətnamə təklif etməyi planlaşdırır".

aia.az xəbər verir ki, bu məlumatı news.am "The Times of Israel" qəzetinə istinadən yayıb. Bildirilir ki, bu məlumatı İsrailin Xarici İşlər Nazirliyi yayıb. "Ermənilər uzun müddətdir ki, təxminən 1,5 milyon həmvətəninin öldürüldüyü 20-ci əsrin əvvəllərində baş verən qətllərin beynəlxalq səviyyədə soyqırım kimi tanınmasını istəyirlər. Osmanlı İmperiyasının varisi olan Türkiyə, ermənilərin qırğınlarının, həbslərinin və zorla deportasiyasının soyqırım olduğu iddiasını qətiyyətlə rədd edir " deyə, rəsmi xəbərdə bildirilir.
"İsrail məsələnin diplomatik həssaslığı səbəbindən uzun müddətdir ki, bu qətlləri soyqırım kimi tanımaqdan yayınır, lakin İsraili Qəzzada soyqırımda dəfələrlə günahlandıran Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə ilə münasibətlərin kəskin şəkildə pisləşməsi onu son illərdə tanınma istiqamətində bəzi addımlar atmağa məcbur edib”, - deyə media orqanı qeyd edir.

“Geniş və birmənalı tarixi sənədlərə baxmayaraq, Erməni Soyqırımı, əsasən Türkiyə tərəfindən tarix dərsliklərinin manipulyativ şəkildə yenidən yazılması da daxil olmaqla, inkar kampaniyasının mövzusu olaraq qalır”, - deyə İsrail Xarici İşlər Nazirliyinin təklif üçün izahlı mətnində bildirilir. “Bu mənəvi və tarixi öhdəlik işığında İsrail hökumətindən Osmanlı İmperiyasının son illərində erməni xalqına qarşı törədilən soyqırımı tanımaq tələb olunur.”

İsrail Xarici İşlər Nazirliyinin Osmanlı İmperiyasının son dövründə ermənilərə qarşı baş vermiş hadisələrin "soyqırımı" kimi tanınmasına dair hökumətə qətnamə təqdim etmək təşəbbüsü Yaxın Şərqdə və Cənubi Qafqazda siyasi rezonans doğura biləcək addımlardan biri hesab olunur. Hərçənd, söhbət hələlik yalnız təklifdən gedir və onun hökumət tərəfindən qəbul ediləcəyi əvvəlcədən məlum deyil.

Əgər təşəbbüs dəstəklənərsə, bu, İsrailin onilliklər ərzində qoruduğu diplomatik balans siyasətindən əhəmiyyətli dərəcədə uzaqlaşması kimi qiymətləndirilə bilər. İsrail indiyədək Türkiyə ilə münasibətləri nəzərə alaraq bu məsələdə rəsmi tanınmadan çəkinirdi. Son illərdə isə Ankara ilə Təl-Əviv arasında münasibətlərin, xüsusilə Qəzza müharibəsi fonunda ciddi şəkildə pisləşməsi əvvəlki siyasi məhdudiyyətləri zəiflədib.

Bu addım ilk növbədə Türkiyə-İsrail münasibətlərinə təsir göstərə bilər. Ankara belə bir qərarı tarixi və hüquqi baxımdan qəbuledilməz hesab etdiyini dəfələrlə bəyan edib və oxşar qərarlar qəbul edən dövlətlərə qarşı sərt diplomatik reaksiya verib. Buna görə də İsrail hökumətinin mümkün qərarı iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da mürəkkəbləşdirə bilər.musavat.com

Mövzuya qayıdacağıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-06-2026