“Ağ Qartal” uçdu: Varşavadan Kiyevə gözlənilməz zərbə
Tarix: 20-06-2026 | Saat: 13:11
Bölmə:Dünya | çapa göndər

Polşa Prezidenti Karol Navrotski Ukrayna lideri Volodimir Zelenskini ölkənin ən yüksək mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib.
Polşa lideri vurğulayıb ki, “Ağ Qartal” ordeni Polşanın ən yüksək etimadının, dövlətlə xüsusi bağlılığın və xalqın minnətdarlığının simvoludur. Navrotski qeyd edib ki, o, ordenin böyük magistridir və dövlətin ən yüksək mükafatının şərəfini qorumağa borcludur.
"Tarix gələcəyə mane olmamalıdır. Lakin yaxşı gələcək yalnız həqiqət üzərində qurula bilər", – deyə o bildirib.
Navrotski Ukrayna hakimiyyətinin qərarını təkcə hiddətləndirici deyil, həm də dərin məyusedici adlandırıb. Onun fikrincə, bu addım son aylarda çətin tarixi məsələlərdə qarşılıqlı anlaşmanın bərpası üçün prezidentlər arasında formalaşdırılan etimadı sarsıdır.
O bildirib: "Bu vəzifə həmçinin “Ağ Qartal” ordeninin Şurasının üzərinə düşür. Buna görə də prezident Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə 'UPA Qəhrəmanları' adının verilməsinə razılıq verməsini nəzərə alaraq və Şura ilə məsləhətləşdikdən sonra Ukrayna prezidentinin “Ağ Qartal” ordenindən məhrum edilməsi barədə qərar qəbul etdim".
Polşa Prezidenti xatırladıb ki, Varşava Ukraynaya misilsiz hərbi yardım göstərib və minlərlə ukraynalı hərbçini hazırlayıb. Buna görə də həmin hərbçilərin bir hissəsinin indi Ukrayna Üsyançı Ordusunun bayrağı altında xidmət etməsi Polşa üçün qəbuledilməzdir.
Bununla yanaşı, Navrotski Zelenskini və Ukrayna hakimiyyətini "həqiqət və qarşılıqlı hörmət yoluna qayıtmağa" çağırıb. O vurğulayıb ki, Ukraynanın Avropa İttifaqına üzvlük yolu tarixin mürəkkəb səhifələri ilə dürüst şəkildə üzləşməyə hazır olmağı tələb edir.
"Polşa-Ukrayna münasibətlərində keçilməsi mümkün olmayan sərhədlər var", – deyə o əlavə edib.
Navrotski həmçinin bildirib ki, Zelenskinin ordenindən məhrum edilməsi Ukrayna xalqına qarşı yönəlməyib və Polşa gələcəkdə də Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsini dəstəkləyəcək.
Ukrayna prezident ofisi jurnalistlərə bildirib ki, hələlik Polşa prezidentinin bu qərarını şərh etmir.
Qeyd olunur ki, “Ağ Qartal” ordeninin daşıyıcıları sırasında hələ də II Yekaterina və Benito Mussolino qalırlar.
Xatırladılır ki, Kiyev və Varşava arasında diplomatik gərginlik 26 may tarixində Zelenskinin Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin "Pivniç" Mərkəzinə "UPA Qəhrəmanları adına" fəxri ad verilməsi haqqında fərman imzalamasından sonra kəskinləşib.
Buna cavab olaraq Navrotski Zelenskini “Ağ Qartal” ordenindən məhrum edə biləcəyini bəyan etmişdi. Bu orden Ukrayna prezidentinə 2023-cü ilin aprelində Polşanın keçmiş prezidenti Anjey Duda tərəfindən təqdim olunmuşdu.
Eyni zamanda Polşanın xarici işlər naziri Radoslav Sikorski belə təşəbbüsə qarşı çıxaraq bildirib ki, həmin orden hələ də Almaniyanın keçmiş kansleri Gerhard Şröder də daxil olmaqla bir sıra şəxslərdə qalır.
Navrotskinin sözlərinə görə, Ukraynanın Avropa İttifaqına daxil olması Polşanın aqrar sektoru üçün ciddi risklər yarada bilər.
O qeyd edib ki, Polşa hazırda Aİ ilə MERCOSUR ölkələri (Cənubi Amerika dövlətlərinin iqtisadi ittifaqı) arasında bağlanmış ticarət sazişinin nəticələri ilə mübarizə aparmağa məcburdur.
Prezident bildirib ki, prosesə gec qoşulmasına baxmayaraq, Polşa fermerləri üçün mənfi nəticələri minimuma endirmək məqsədilə əlindən gələni edir.
"Ukraynanın Aİ-yə üzv olması Polşa kənd təsərrüfatı üçün təhlükə yaradır", – deyə Navrotski vurğulayıb.
O əlavə edib ki, Ukraynanın Avropa inteqrasiyası istəklərini anlayır, lakin Polşa istehsalçılarının maraqları onun üçün hər zaman prioritet olacaq.
"Polşa Prezidenti kimi Ukraynanın istəklərini başa düşsəm də, mən həmişə Polşa fermerlərinin və Polşa kənd təsərrüfatı məhsullarının maraqlarını, xüsusilə də Yaşıl Saziş və Aİ qərarları kontekstində müdafiə edəcəyəm", – deyə o bildirib.
Son dövrlərdə Ukraynanın Aİ-yə üzvlük müddəti və şərtləri ətrafında Avropa liderləri və diplomatları arasında fəal müzakirələr aparılır.
Almaniya kansleri Fridrix Merts bildirib ki, müharibə başa çatana qədər Ukraynanın tamhüquqlu Aİ üzvlüyü mümkün olmayacaq. Berlin alternativ olaraq assosiativ üzvlük modelini təklif edib.
Digər tərəfdən, Brüsseldə bu məsələyə daha nikbin yanaşırlar. Aİ-nin Ukraynadakı səfiri Katarina Mathernova hesab edir ki, 2030-cu il Ukraynanın Aİ-yə daxil olması üçün kifayət qədər real tarixdir.
Bundan əvvəl Lüksemburq şəhərində mühüm diplomatik addım atılıb və Ukrayna ilə Moldova Avropa İttifaqına üzvlüklə bağlı danışıqların ilk mərhələsinə rəsmi şəkildə başlayıblar.
Tərəflər hüququn aliliyi və demokratiya məsələlərini əhatə edən ilk danışıqlar klasteri üzrə işə başlayıblar ki, bu da vahid bazar və iqtisadi siyasət kimi digər mühüm istiqamətlər üzrə danışıqlara yol açıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-06-2026
19-06-2026