Mobil versiya
Ərdoğan ŞAD XƏBƏRİ verdi - 2030-cu ilə qədər...
Tarix: 13-06-2026 | Saat: 21:47
Bölmə:Dünya | çapa göndər

Ərdoğan ŞAD XƏBƏRİ verdi - 2030-cu ilə qədər...


Türkiyədə süni intellekt sahəsində layihələrin həyata keçirilməsinə ən azı 10 milyard dollar investisiya yönəldiləcək.

aia.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən süni intellektin inkişafı üzrə fəaliyyət planının təqdimat mərasimində bildirib.

Türkiyə liderinin sözlərinə görə, məlumatların emalı mərkəzləri (data mərkəzləri), bulud texnologiyaları və süni intellekt infrastrukturunun inkişafı üçün ən azı 10 milyard dollar məbləğində özəl investisiyanın səfərbər edilməsi planlaşdırılır.

Bundan əlavə, dövlət investisiya proqramları çərçivəsində ayrılan vəsaitlərin ən azı 2 faizi birbaşa süni intellekt layihələrinə yönəldiləcək.

Ərdoğan qeyd edib ki, 2030-cu ilə qədər ölkədəki data mərkəzlərinin müəyyən edilmiş gücü ən azı 1 QVt-a çatdırılmalıdır.

Açıqlanan planlara əsasən, Türkiyədə süni intellekt sahəsində 10 min yüksək ixtisaslı mütəxəssisin, həmçinin bu texnologiyanın praktiki tətbiqi üzrə təxminən 100 min mütəxəssisin hazırlanması nəzərdə tutulur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2026