Mobil versiya
Rusiya hücum edərsə, NƏ OLACAQ? - NATO-dan qitəni xilas etmək üçün "B PLANI"
Tarix: 13-06-2026 | Saat: 21:00
Bölmə:Dünya | çapa göndər

Rusiya hücum edərsə, NƏ OLACAQ? - NATO-dan qitəni xilas etmək üçün "B PLANI"


NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin komandanı, general Aleksus Qrinkeviç ABŞ-nin regiondakı Alyans əməliyyatları üçün ayırmağa hazır olduğu hərbi texnikanın sayını azaldacağını elan etməsindən sonra, Rusiyanın mümkün hücumu qarşısında Avropa qitəsinin müdafiəsi üçün alternativ planları nəzərdən keçirir.

Bu barədə "Fortune" nəşri məlumat yayıb.

Qeyd olunur ki, NATO-nun standart planı həm sülh dövründə, həm də böhran və ya müharibə şəraitində 32 üzv ölkənin qüvvələrinin təmin edilməsini nəzərdə tutur.

Bu planda komandanların hər hansı bir münaqişənin ilk altı ayı ərzində mərhələli şəkildə istifadə edə biləcəyi hərbi resurslar müəyyən edilib.

Bununla belə, may ayında Pentaqon NATO-dakı müttəfiqlərinə xəbərdarlıq edib ki, digər regionlardakı potensial təhdidlərə diqqət yetirmək üçün öz öhdəliklərini azaldacaq.

NATO daxilindəki narahatlıqlara baxmayaraq, Qrinkeviç ABŞ-nin hələ də Alyansa "məhdud, lakin kritik dərəcədə vacib imkanlar təqdim etmək" öhdəliyinə sadiq qaldığını bildirib.

"Biz sürətlə əldə edə biləcəyimiz, yerləşdirə biləcəyimiz, genişləndirə və uzun müddət saxlaya biləcəyimiz vasitələrə diqqət yetirməliyik. Bu, həm uzaq mənzilli silahlara, həm də pilotsuz uçuş aparatlarına (PUA) aiddir. Bu cür vasitələr, qarşısını almaq və müdafiə olunmaq lazım gəldikdə, qısamüddətli riskləri azaltmağımıza kömək edə bilər", - deyə general "ILA Berlin Air Show" aviasiya sərgisi çərçivəsində qeyd edib.

Nəşr əlavə edib ki, NATO müttəfiqlərinin 2–3 iyun tarixlərində keçirilən görüşündən sonra Qrinkeviç Avropa müttəfiqlərinin və Kanadanın ABŞ-nin qərarı nəticəsində yaranan boşluqları doldurmalı olduqlarını vurğulayıb. O, bu ölkələri idarə olunan və pilotsuz uçuş aparatları, həmçinin hərbi gəmilər təqdim etməyə çağırıb.

"Bu, indi və yaxın gələcəkdə baş verməlidir", - deyə general vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2026