Tehran açıqladı: Anlaşmaya heç vaxt bu qədər yaxın olmamışıq - Şok detallar
Tarix: 13-06-2026 | Saat: 18:21
Bölmə:Dünya | çapa göndər

ABŞ-la İran arasında imzalanacaq saziş layihəsi ən inkişaf mərhələsindədir və heç vaxt imzalmaya bu qədər yaxın olmayıb.
aia.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi öz X (tvitter) səhifəsində yazıb.
“İslamabad Anlaşma Memorandumu heç vaxt bu qədər yaxın olmayıb. Tamamlanana qədər media onun məzmunu barədə spekulyasiya etməkdən çəkinməlidir. Məsuliyyətli və şəffaf yanaşmamıza uyğun olaraq, bütün detallar vaxtında ictimaiyyətə açıqlanacaq”, nazir Abbas Əraqçi yazıb.
Danıqşlar prosesi haqqında mövqeyini açıqlayan nazir Əraqçi deyib ki, ABŞ ilə danışıqlar prosesinin iki mərhələdə getdiyini bildirib və bu mərhələdə Amerikanın nüvə proqramı ilə bağlı tələblərinin Tehran üçün "tamamilə qəbuledilməz" olduğunu vurğulayıb.“
Onun sözlərinə görə, təklif olunan anlaşma memorandumunda Livan da daxil olmaqla bütün ərazilərdə hərbi əməliyyatların dayandırılması ilə bağlı müddəalar yer alır, İran isə "Livandan heç vaxt imtina etməyəcəyini" vurğulayır.
O, həmçinin qeyd edib ki, mümkün razılaşmalar çərçivəsində ABŞ hərbi əməliyyatlara başlamamağı və ya təhdidlərə əl atmamağı öhdəsinə götürür və tərəflər bir-birinin suverenliyinə və daxili işlərə qarışmamaq prinsipinə "tamamilə bərabər əsasda" hörmət etməlidirlər.
İran xarici işlər naziri bildirib ki, müzakirələrə Hörmüz boğazı, dəniz blokadasının qaldırılması və gələcək yenidənqurma və iqtisadi inkişaf mexanizmləri ilə bağlı məsələlər daxil olub. O, həmçinin İranın dondurulmuş aktivləri üçün mexanizmin razılaşdırıldığını bildirib.
"Tərəflər bir-birinin suverenliyinə hörmət edəcəklər. Amerika 47 ildən sonra ilk dəfə olaraq İranın suverenliyinə hörmət edəcək və daxili işlərimizə qarışmayacaq", - deyə o bildirib.
Əraqçi əlavə edib ki, danışıqların hazırkı mərhələsi yekun razılaşmanı nəzərdə tutmur. "Əvvəlki razılaşmalarla müqayisədə bu dəfəki fərq ondadır ki, hələ yekun razılaşmaya gəlməmişik. Bu, birinci mərhələdir. Birinci mərhələnin şərtləri yerinə yetirilməsə, ikinci mərhələyə keçməyəcəyik", - deyə o bildirib.
Nazir vurğulayıb ki, İran keçmiş razılaşmaların təcrübəsindən istifadə edir və onların həyata keçirilməsində mümkün çətinliklər gözləyir.
"Vədləri pozmaq qarşı tərəfin təbiətidir. Onlar icra mərhələsində çoxsaylı problemlər yaradırlar. Bizim bununla bağlı təcrübəmiz var. Müxtəlif maneələr gözləməliyik. Biz öhdəliklərini yerinə yetirməyən qurumlarla işləyirik və onların bunu etməsinin qarşısını almalıyıq", - o qeyd edib.
Hörmüz boğazında yaranmış börhrana gəldikə Əraqçi bildirib ki, Hörmüz boğazının idarə olunması artıq əvvəlki modelinə qayıtmayacaq.
O, boğazın İran və Omanın suverenliyi altında olduğunu vurğulayaraq, Hörmüz boğazında heç bir beynəlxalq su yolu olmadığını qeyd edib. "Heç kim İran və Omanın boğaz üzərindəki suverenliyini sarsıda bilməz", -o vurğulayıb.
Bununla bağlı Omanla sıx məsləhətləşmələr aparıldığını deyən nazir əlavə edib ki, iki tərəf "çox yaxşı nəticələr" əldə edib və tezliklə birgə bəyanat verə və Hörmüz boğazının gələcək idarə olunması üçün aydın bir plan təqdim edə bilərlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər