Mobil versiya
"Baş nazir olduğum müddətcə İranın nüvə silahı olmayacaq" - Netanyahu
Tarix: 12-06-2026 | Saat: 17:26
Bölmə:Dünya | çapa göndər

"Baş nazir olduğum müddətcə İranın nüvə silahı olmayacaq" -

İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqton və Tehran arasında davam edən danışıqlara münasibət bildirərkən bir daha İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini bildirib.

aia.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti yazıb.

Onun açıqlaması ABŞ prezidenti Donald Trampın ABŞ-İran razılaşmasının tezliklə bağlanması ehtimalı ilə bağlı nikbin qiymətləndirmələri fonunda verilib.

Netanyahu vurğulayıb ki, "Mən İsrailin Baş naziri olduğum müddətcə İranın nüvə silahı olmayacaq".

İsrail Baş naziri həmçinin qeyd edib ki, bu məsələdə onunla Tramp arasında tam anlaşma var.

Netanyahu xatırladıb ki, o, otuz ildən çoxdur ki, İranın nüvə proqramına qarşı beynəlxalq mübarizə aparır: "Bu mübarizə olmasaydı, İran çoxdan İsraili məhv etmək üçün nüvə bombalarına sahib olardı".

Onun sözlərinə görə, Tehran yəhudi dövlətini məhv etməyə çalışmağa davam edir və bunun qarşısını almaq onun əsas məqsədi olaraq qalır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2026