Mobil versiya
SIPRI: Hazırda 2200 nüvə silahı döyüşə hazır vəziyyətdədir
Tarix: 08-06-2026 | Saat: 09:48
Bölmə:Manşet / Dünya | çapa göndər

SIPRI:

Doqquz nüvə gücü 2025-ci ildə nüvə arsenallarını modernləşdirmək və genişləndirmək proqramlarını davam etdirir. Dövlətlər getdikcə daha çox milli güc aləti kimi nüvə silahlarından istifadə edirlər.

aia.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.

2026-cı ilin yanvar ayına olan məlumata görə, dünyada 12.187 döyüş başlığı var ki, bunlardan 9.745-i potensial istifadə üçün anbarlarda saxlanılır. Bunlardan 4012-si raket və təyyarələrə quraşdırılıb. 2100-2200-ü isə döyüşə hazır vəziyyətində saxlanılıb.

"Bu döyüş başlıqlarının demək olar ki, hamısı Rusiyaya və ya ABŞ-yə, daha az dərəcədə isə Fransa və Birləşmiş Krallığa məxsus idi, lakin Çin və Hindistan artıq sülh dövründə vaxtaşırı olaraq az sayda raket yerləşdirə bilirlər", - deyə institutun mütəxəssisləri yazıb.

Hesabatın müəllifləri qeyd edirlər ki, Soyuq Müharibənin bitməsindən bəri Rusiya və ABŞ-də döyüş başlıqlarının tədricən sökülməsi, adətən, yenilərinin yerləşdirilməsini üstələyib və bu da qlobal nüvə silahı ehtiyatının ümumi illik azalmasına gətirib çıxarıb:

"Bu tendensiyanın yaxın illərdə istismardan çıxarılma tempi yavaşladıqca və yeni nüvə silahlarının yerləşdirilməsi sürətləndikcə dəyişməsi ehtimalı var. Nüvə dövlətləri getdikcə tərksilah öhdəliklərini kənara qoyub və bundan hətta imtina ediblər. Əvəzinə onların güclərini nümayiş etdirməsinə dair getdikcə daha çox dəlil var".

Qeyd olunub ki, Rusiya və ABŞ birlikdə bütün istifadəyə yararlı nüvə başlıqlarının təxminən 83%-nə sahibdirlər. Çinin isə təxminən 620 nüvə başlığı var və o, nüvə arsenalını digər ölkələrdən daha sürətlə genişləndirib. Hətta 2025-ci ildə keçirilən hərbi paradda bir neçə yeni nüvə sistemini nümayiş etdirib.

Vurğulanıb ki, Böyük Britaniya və Fransanın da döyüş başlıqları ehtiyatlarını artıracağı gözlənilir.

2025-ci ildə Hindistanla Pakistan yenidən nüvə arsenalını bir qədər genişləndirib və bu silahlar üçün yeni növ çatdırılma sistemləri inkişaf etdiriblər.

SIPRI hesab edir ki, Şimali Koreyanın təxminən 60 döyüş başlığı var və ən azı 30 ədəd daha istehsal etmək üçün kifayət qədər materialı mövcuddur. Nüvə silahına sahib olduğunu açıq şəkildə etiraf etməyən İsrailin də arsenalını modernləşdirdiyinə inanılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-06-2026