Mobil versiya
NATO Rusiya ilə sərhəddə təlimlərə başlayır
Tarix: 08-06-2026 | Saat: 09:18
Bölmə:Dünya | çapa göndər

NATO Rusiya ilə sərhəddə təlimlərə başlayır

NATO bu gün Rusiya ilə həmsərhəd ölkələr daxil olmaqla Avropa İttifaqına üzv dövlətlərin ərazisində "Ramşteyn Bayrağı" 2026 (RAFL 26) taktiki hava qüvvələri təliminin başladığını elan edib.

aia.az xəbər verir ki, təlimlərdə 18 ölkə iştirak edəcək.

Əsas təlim mərkəzləri Danimarka, İspaniya, İsveç və Rusiya ilə həmsərhəd olan Norveç və Finlandiya olacaq. Təlimlərin əsas məqsədi alyansın kollektiv hərbi hazırlığını artırmaq olacaq.

NATO-nun məlumatına görə, təlimdə gündə təxminən 150 uçuş həyata keçirən 200-dən çox təyyarə iştirak edəcək.

NATO Hərbi Hava Qüvvələrinin "Ramşteyn Bayrağı 2026" təlimi 8-19 iyun tarixlərində Finlandiya, Norveç, İsveç və Danimarkanın hava məkanında keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə