Mobil versiya
Avropa İttifaqı kütləvi işsizliklə üzləşə bilər
Tarix: 07-06-2026 | Saat: 20:06
Bölmə:Dünya | çapa göndər

Avropa İttifaqı kütləvi işsizliklə üzləşə bilər


İslahatlar aparılmasa, Avropa İttifaqı (Aİ) tezliklə kütləvi işsizliklə üzləşə bilər.

"aia.az" xəbər verir ki, bunu Asea Brown Boveri (ABB) şirkətinin baş direktoru Morten Viroð Financial Times qəzetinə verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, Aİ-də mümkün böhranın baş verəcəyini proqnozlaşdırırlar.

Sənaye avtomatlaşdırması və elektrotexnika sahəsində qlobal lider olan ABB-nin rəhbərinin sözlərinə görə, yanacaq qiymətlərinin artması Avropanın ABŞ ilə müqayisədə rəqabət qabiliyyətini sarsıdır. Tənzimləmədən azad etmə tədbirləri Brüsselə böhrandan qaçmağa kömək edə bilər. Buna nail olmaq üçün həddindən artıq qanunvericiliyi aradan qaldırmaq lazımdır.

ABB nümayəndəsinin sözlərinə görə, Avropa rəsmiləri dəyişiklikləri qəbul etməkdə tərəddüd edirlər. O qeyd edib ki, kütləvi işsizliyə səbəb olacaq daha ciddi bir böhranla üzləşməməliyik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-06-2026