Mobil versiya
Toylarla bağlı QƏRAR VERİLDİ
Tarix: 06-06-2026 | Saat: 12:01
Bölmə:Dünya | çapa göndər

Toylarla bağlı QƏRAR VERİLDİ


Ankara valiliyi 7-8 iyul tarixlərində keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ilə əlaqədar təhlükəsizlik tədbirlərini nəzərdə tutan xüsusi qərar yayımlayıb.

Türkiyə mətbuatı bildirir ki, qərara əsasən, zirvə müddətində Altındağ, Çankaya, Etimesgut, Gölbaşı, Keçiören, Mamak, Pursaklar, Sincan və Yenimahalle olmaqla 9 rayonun ərazisində 6-12 iyul tarixlərini əhatə edən kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılacaq.

Belə ki, imtahanlar, simpoziumlar, panellər, şənliklər, konsertlər, əyləncə proqramları, bayram tədbirləri və digər ictimai xarakterli toplantıların keçirilməsinə icazə verilməyəcək.

Valiliyin açıqlamasında qeyd olunub ki, göstərilən təhlükəsizlik zonalarından kənarda təşkil ediləcək toy və oxşar tədbirlər qadağa çərçivəsinə daxil deyil. Lakin həssas bölgələr daxilində keçirilməsi planlaşdırılan toy və digər tədbirlər yalnız müvafiq rayon icra hakimiyyətinin xüsusi icazəsi əsasında təşkil oluna biləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə