Ermənistan rəhbərliyi seçim etməlidir - Lavrov
Tarix: 05-06-2026 | Saat: 11:34
Bölmə:Dünya | çapa göndər

Ermənistan rəhbərliyi ölkənin Avropa Birliyinə inteqrasiya prosesinin başlanması ilə bağlı qanun qəbul etdikdən sonra faktiki olaraq özü seçim məsələsini gündəmə gətirib və indi vətəndaşlara mümkün alternativləri izah etməlidir.
aia.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrovun sözlərinə görə, Ermənistan hazırda Avrasiya İqtisadi Birliyi (AİB) ilə Avropa Birliyi (AB) arasında “ya biri, ya digəri” məntiqi ilə üz-üzə qalıb.
O xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl xalqa alternativ təqdim olunmasının vacibliyindən danışıb və yekun qərarın Ermənistan vətəndaşları tərəfindən verilməli olduğunu bildirib.
“Əgər belə bir qanun qəbul olunubsa, deməli, sən artıq özün məsələni kəskin şəkildə qoymusan. O zaman gəlin dediyimiz sözlərə cavab verək və xalqa müraciət edək”, - Lavrov bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-06-2026