Zaxarovadan Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA
Tarix: 04-06-2026 | Saat: 15:33
Bölmə:Dünya | çapa göndər

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Mosvakanın Azərbaycanla ikitərəfli əlaqələrin bütün spektrini ardıcıl şəkildə inkişaf ettirmək niyyətində olduğunu bəyan edib.
aia.az xəbər verir ki, o, bu əməkdaşlığın hər iki ölkə xalqlarının maraqlarına cavab verdiyini vurğulayıb.
"Ümumilikdə, Moskva Azərbaycanla ikitərəfli əlaqələrin bütün spektrinin ardıcıl inkişafına sadiqdir. Bu, ölkələrimizin xalqlarının maraqlarına uyğundur. Hesab edirik ki, mövcud fasilədən sonra mədəni və humanitar sahələrdə tammiqyaslı əməkdaşlığın tezliklə bərpa edilməsi vacibdir. Bu sahədə bir sıra təşəbbüslər, o cümlədən ən yüksək səviyyədə müzakirə olunub", - deyə Zaxarova qeyd edib.
Rusiya XİN rəsmisi yaxın gələcəkdə humanitar layihələrin canlandırılmasının ikitərəfli strateji tərəfdaşlığa mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər