Mobil versiya
Zelenski Fransada keçiriləcək G7 sammitində iştirak edəcək
Tarix: 03-06-2026 | Saat: 08:31
Bölmə:Dünya | çapa göndər

Zelenski Fransada keçiriləcək G7 sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun sonunda Fransada keçiriləcək G7 sammitində iştirak etməyi planlaşdırır.

aia.az-ın məlumatına görə, Ukrayna lideri Evian-le-Ben şəhərində keçiriləcək sammitdə Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada, Böyük Britaniya və ABŞ liderlərinə qoşula bilər.

Mənbələrə görə, danışıqlarda hərbi diplomatiya və Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Martın əvvəlində Yelisey Sarayı Zelenskiyə sammitdə iştirak etmək üçün rəsmi dəvət göndərilmədiyini bildirmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-06-2026