Bu buzlaq 6 ölkəni su altında qoya bilər
Tarix: 02-06-2026 | Saat: 09:53
Bölmə:Dünya | çapa göndər

Dünyanın ən böyük buzlağı olan Tueyts buzlağının Antarktidadan qopması halında altı ölkə çox ciddi şəkildə zərər çəkə bilər.
aia.az xəbər verir ki, bu barədə “Daily Express” nəşri məlumat yayıb.
Həm də “Qiyamət günü buzlağı” adlanan bu buz kütləsinin əriməsi nəticəsində böyük su həcmi yarana bilər ki, bu, Böyük Britaniya, Niderland, ABŞ, Banqladeş, Tuvalu və Maldiv adaları kimi ölkələrdə ayrı-ayrı şəhərləri, bəzən isə bütöv adaları suyun altında qoya bilər.
Qeyd edək ki, Tueyts buzlağı Antarktidanın qərbində yerləşən böyük buz örtüyüdür. Bu buzlaq okeanla dünyanın ən uzun təmas xəttinə (təxminən 120 km uzunluğunda) malikdir. Amundsen dənizində yerləşən bu nəhəng buz kütləsinin sahəsi təxminən 192 min kv. km təşkil edir ki, bu da Böyük Britaniya adasının sahəsindən (təxminən 209 min kv. km) bir qədər azdır.
Bundan əlavə, “Qiyamət günü buzlağı” Antarktikanın qərbində buz örtüyünün dağılmasına imkan verməyən bir növ “tıxac” rolunu oynayır. Onun qopması nəticəsində bütün buz örtüyünün əhəmiyyətli hissəsi çökə bilər ki, bu da dünya okeanının səviyyəsinin 3,3 m yüksəlməsinə səbəb ola bilər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-06-2026
09:54 Tramp Ankaraya gedəcək