Avropa İttifaqından Rusiya ilə bağlı geri addım
Tarix: 31-05-2026 | Saat: 16:06
Bölmə:Dünya | çapa göndər

Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə alovlanan müharibə və qlobal neft bazarlarını təhdid edən böhran səbəbindən Rusiya neftinə tətbiq etdiyi qiymət məhdudiyyətlərini müvəqqəti olaraq ləğv etmək məsələsini ciddi şəkildə nəzərdən keçirir.
aia.az xəbər verir ki, bu barədə nüfuzlu "Bloomberg" agentliyi özünün etibarlı diplomatik mənbələrinə istinadən şok məlumat yayıb.
Agentliyin məlumatına görə, rəsmi Brüsseldə Rusiyaya qarşı hazırlanan yeni – 21-ci sanksiyalar paketi çərçivəsində Rusiya xam neftinin qiymət tavanının avtomatik olaraq aşağı salınması mexanizmindən imtina edilməsi və ya bu limitin barrel başına 60 dollar səviyyəsində dondurulması müzakirə olunur. Halbuki Aİ bundan əvvəl cari ilin iyul ayında bu cəza mexanizminə yenidən baxaraq qiymət tavanını daha da sərtləşdirməyi planlaşdırırdı.
Analitiklər vurğulayırlar ki, Qərbin bu gözlənilməz geri addımı Yaxın Şərqdə davam edən qanlı müharibə və dünya ticarətinin əsas arteriyası sayılan Hörmüz boğazının blokadaya alınması qorxusundan qaynaqlanan kəskin qlobal enerji böhranı ilə birbaşa bağlıdır. Lakin qiymət tavanında güzəştə getməyə hazırlaşan Avropa İttifaqı digər cəbhədə Rusiyanı sıxışdırmaqda davam edir. Belə ki, sanksiyalar paketi daxilində Rusiya ilə əməkdaşlıq edən, çirkli pulların yuyulmasında və gizli ticarətdə iştirak edən üçüncü ölkələrin maliyyə institutlarına (banklarına) və neft emalı zavodlarına (NEZ) qarşı məhdudiyyətlərin daha da sərtləşdirilməsi üçün gizli müzakirələr aparılır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-05-2026
30-05-2026