Mobil versiya
İsrail Livanda mühüm qalaya nəzarəti ələ keçirdi
Tarix: 31-05-2026 | Saat: 13:30
Bölmə:Dünya | çapa göndər

İsrail Livanda mühüm qalaya nəzarəti ələ keçirdi


İsrailin müdafiə naziri İsrael Katz Livandakı Bofor qalasına nəzarətin ələ keçirildiyini açıqlayıb.

“aia.az” xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində yazıb.

“İsrailin Baş naziri Benyamin Netanyahu və mənim göstərişimlə ordu Livanda manevrlərini genişləndirdi, ordu Litani çayını keçdi və Bofor qalasını ələ keçirdi”, - Katz qeyd edib.

Əlavə edilmiş görüntülərdə orta əsr qalası üzərində İsrail və Qolani Piyada Briqadasının bayraqları dalğalanır.

Qeyd edək ki, qala Livandakı Litani çayının şimalındakı təpəyə aiddir və Katz onu İsrail qoşunlarının təhlükəsizliyini təmin etmək üçün ən mühüm strateji nöqtələrdən biri adlandırır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə