Mobil versiya
SEPAH Hörmüzdə ABŞ dronunu vurduğunu deyir
Tarix: 31-05-2026 | Saat: 12:00
Bölmə:Dünya | çapa göndər

SEPAH Hörmüzdə ABŞ dronunu vurduğunu deyir


ABŞ-a məxsus MQ1 pilotsuz təyyarəsi İran ərazi suları üzərində hava məkanını pozub.

aia.az xəbər verir ki, açıqlamanı İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) yayıb.

İddia olunur ki, hava hücumundan müdafiə qüvvələri o PUA-nı vurub: "Bu səhər tezdən düşmən əməliyyatı aparmaq niyyəti ilə İran ərazi sularına daxil olan ABŞ ordusuna məxsus MQ1 pilotsuz təyyarəsi dərhal aşkar edilərək qabaqcıl hava hücumundan müdafiə sisteminin raketləri ilə vurulub".

Tasnim-in yaydığı məlumata görə, SEPAH qeyd edib ki, İran ərazi suları üzərindəki hava məkanı tam nəzarət altındadır və hər hansı bir pozuntuya qəti cavab veriləcək.

Qeyd edək ki, dünən axşam ABŞ ordusu xəbərdarlığa məhəl qoymayıb İran limanına getmək istəyən yük gəmisini atəşlə dayandırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə