Mobil versiya
Qələbədən sonra Parisdə iğtişaşlar - Saxlanılanlar var - Video
Tarix: 31-05-2026 | Saat: 09:33
Bölmə:Dünya | çapa göndər

Qələbədən sonra Parisdə iğtişaşlar - Saxlanılanlar var - Video


Fransanın paytaxtı Parisdə PSJ-nin UEFA Çempionlar Liqasının finalında “Arsenal” üzərində qələbəsindən sonra küçələrdə gərginlik yaşanıb.

“Bayram əhvali-ruhiyyəsi bəzi ərazilərdə iğtişaşlarla əvəzlənib, nəticədə onlarla insan saxlanılıb.

Fransa hakimiyyəti matçla əlaqədar ölkə üzrə 22 min, Parisdə isə 8 min polis əməkdaşının xidmətə cəlb edildiyini açıqlayıb. Təhlükəsizlik tədbirləri ötən il PSJ-nin Avropa uğurundan sonra baş verən kütləvi iğtişaşlar nəzərə alınaraq gücləndirilib.

Məlumata görə, oyun başa çatmamış polis 2216 nəfəri yoxlama məqsədilə saxlayıb, 89 nəfərə isə inzibati cərimə tətbiq olunub. Sonradan baş verən hadisələrlə əlaqədar daha 45 nəfər saxlanılıb, onlardan 13-ü barəsində həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları 24 yandırıcı vasitə və 100-ə yaxın fişəng müsadirə edib. Parisin mərkəzində yerləşən Şanzelize prospekti yaxınlığındakı avtobus dayanacağına ziyan vurulub, bir polis əməkdaşı isə xəsarət alıb.

PSJ-nin qələbəsindən sonra şəhərin müxtəlif nöqtələrində atəşfəşanlıqlar təşkil edilib. Hakimiyyət orqanları “Parc des Princes” stadionu yaxınlığında yerləşən bir çörək sexi və restoranın da zərər gördüyünü bildirib. Təxminən 4-5 min azarkeşin toplandığı ərazidə polisə müxtəlif əşyalar atıldığı qeyd olunub.

Polisin məlumatına görə, təxminən 150 nəfər stadionun giriş qapılarından birindən içəri daxil olmağa cəhd göstərsə də, təhlükəsizlik qüvvələri bunun qarşısını alıb.

Hadisə yerində olan jurnalistlər azarkeşlərlə polis arasında toqquşmaların yaşandığını, təhlükəsizlik qüvvələrinin isə onlara atılan fişənglərdən sonra gözyaşardıcı qazdan istifadə etdiyini bildiriblər.

Fransanın daxili işlər naziri Loran Nunez zorakılığın qarşısını almaq üçün “çox güclü və genişmiqyaslı təhlükəsizlik planının” həyata keçirildiyini vurğulayıb.

Xatırladaq ki, ötən il PSJ-nin Avropa uğurundan sonra keçirilən bayram tədbirləri zamanı Şanzelize prospekti də daxil olmaqla, bir sıra ərazilərdə mağazalar talan edilmiş, ölkə üzrə 563 nəfər saxlanılmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə