Bu ölkələrdə Ebola sürətlə yayılır - ÜST-ün baş direktorundan xəbərdarlıq
Tarix: 19-05-2026 | Saat: 12:18
Bölmə:Dünya | çapa göndər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Ebolanın yayılma sürəti və miqyası ilə bağlı narahatlığını bildirib.
aia.az xəbər verir ki, o, bu barədə Cenevrədə keçirilən 79-cu Ümumdünya Səhiyyə Assambleyasında çıxışı zamanı danışıb.
"Bu epidemiyanın sürəti və miqyası məni son dərəcə narahat edir", - deyə Qebreyesus ifadə edib.
O, Konqo Demokratik Respublikası və Uqandada Ebola virusunun yayılması səbəbindən ilk dəfə fövqəladə vəziyyət elan etdiyini açıqlayıb
Qebreyesus əlavə edib ki, bu günə qədər 500-dən çox şübhəli Ebola hadisəsi və 130-dan çox ölüm hadisəsi qeydə alınıb. Şimali Konqoda otuz, Uqandada isə iki hal təsdiqlənib. Yoluxanlar arasında müalicə üçün Almaniyaya köçürülən ABŞ vətəndaşı da var.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər