Türkiyə rəsmən elan etdi: "Krım Ukraynadır"
Tarix: 18-05-2026 | Saat: 15:39
Bölmə:Dünya | çapa göndər

Türkiyə ilə Rusiya arasında regional tərəfdaşlığa baxmayaraq, Ankara Krım məsələsində öz dəyişməz və sərt mövqeyini növbəti dəfə bütün dünyanın diqqətinə çatdırıb.
aia.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Krımın Rusiya tərəfindən ilhaq edilməsinin 12-ci ildönümü ilə bağlı rəsmi və kəskin bəyanatla çıxış edib. Nazirliyin bəyanatında Krımın qanunsuz ilhaqı rəsmən rədd edilərək, Ankaranın bu işğalı heç vaxt tanımayacağı qətiyyətlə vurğulanıb:
"İlhaqın 12-ci ildönümündə bir daha bəyan edirik ki, beynəlxalq hüquqa tamamilə zidd olan bu faktiki vəziyyəti qəbul etmirik", — deyə Türkiyə XİN-in sənədində qeyd olunub. Eyni zamanda bəyanatda Türkiyənin Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə verdiyi güclü və sarsılmaz dəstək növbəti dəfə təsdiqlənib. Ankara yarımadada, xüsusən də Krım tatarlarının vəziyyəti ilə bağlı prosesləri çox diqqətlə izlədiyini və bu məsələni qlobal gündəmdə saxlamağa davam edəcəyini xüsusi vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər