Mobil versiya
2030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
Tarix: 17-05-2026 | Saat: 17:36
Bölmə:Dünya | çapa göndər

2030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq


2030-cu ilədək 3 milyard insanın mənzillərə çıxışa ehtiyacı olacaq.

"aia.az" xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Biznes Assambleyasında çıxışı zamanı Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının (FIABCI) prezidenti Antonio Kampaqnoli deyib.

O adekvat yaşayış yerlərinin yaradılmasının vacibliyini qeyd edib.

“Adekvat mənzil təminatında iqlim dəyişikliklərinin nəzərə alınması çox vacibdir. Daha çox mənzil tikmək ölkələr və hökumətlər qarşısında əsas məsuliyyət olmamalıdır. Bu prosesin planlaşdırma, xidmətlərə əlçatanlıq, iqlim dəyişikliyinin təsirləri nəzərə alınmaqla həyata keçirilməsi olduqca vacibdir. 2030-cu ilə qədər 3 milyard insan hökumətlərə, şəhərlərə, bazarlara və qurumlara təzyiq göstərərək təhlükəsiz, əlverişli və iqlimədavamlı mənzillərə çıxış tələb edəcək”, - deyə FIABCI-nin prezidenti əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2026