Mobil versiya
Ora yaxınlaşanı məhv edəcəyik - Tramp
Tarix: 11-05-2026 | Saat: 09:23
Bölmə:Dünya | çapa göndər

Ora yaxınlaşanı məhv edəcəyik - Tramp


ABŞ ordusu İranda zənginləşdirilmiş uran ehtiyatlarına yaxınlaşan hər kəsi məhv edəcək.

Bunu ABŞ prezidenti Donald Tramp jurnalist Şeril Atkinsonla müsahibəsində deyib. O, həmçinin qeyd edib ki, gec-tez ABŞ bu resursları ələ keçirəcək: "Biz bu ərazini yaxından izləyirik. Əgər kimsə ona yaxınlaşsa, biz bundan dərhal xəbər tutub onları məhv edəcəyik".

Mayın 5-də ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tehran mülki nüvə enerjisi istəsə belə, onun uran zənginləşdirmə proqramına ehtiyacı yoxdur.

Onun sözlərinə görə, dünyada oxşar proqramları olan, lakin zənginləşdirməyən, əksinə, zənginləşdirilmiş material idxal edən bir çox ölkə var.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-05-2026