Mobil versiya
Bu ölkədə hantavirusa ilk yoluxma qeydə alındı
Tarix: 08-05-2026 | Saat: 19:35
Bölmə:Dünya | çapa göndər

Bu ölkədə hantavirusa ilk yoluxma qeydə alındı

Tayvanın paytaxtı Taypeydə hantavirusa yoluxma nəticəsində ölüm halı baş verib.

aia.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Məlumata görə, şəhərdə genişmiqyaslı sanitar təmizləmə və dezinfeksiya işlərinə başlanılıb.

Qeyd edək ki, hantavirusla bağlı narahatlıqlar son günlərdə qlobal miqyasda artıb. Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Argentinadan Kabo-Verdeyə doğru hərəkət edən Niderlandın “MV Hondius” kruiz laynerində hantavirusun yayıldığını açıqlayıb. Gəmidə 9 nəfərin virusa yoluxduğu, onlardan 3-nün vəfat etdiyi bildirilir.

Məlumat üçün bildirək ki, hantaviruslar insanlarda böyrək sindromlu hemorragik qızdırma və hantavirus kardiopulmoner sindromuna səbəb olan təhlükəli patogenlər qrupudur. İnfeksiyanın əsas daşıyıcıları gəmiricilərdir (siçan, siçovul və s.). İnsanlar virusa heyvanların tüpürcəyi və ifrazatları ilə çirklənmiş toz hissəciklərini tənəffüs etməklə yoluxurlar. Xüsusilə qapalı və pis havalandırılan məkanlarda yoluxma riski daha yüksəkdir.

Xatırladaq ki, bir müddət əvvəl mütəxəssislər hantavirusun əsas simptomlarını açıqlayaraq əhalini ehtiyatlı olmağa çağırmışdılar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2026