Mobil versiya
Dron şoku: PUA çoxmərtəbəli binaya çırpıldı
Tarix: 25-04-2026 | Saat: 12:19
Bölmə:Dünya | çapa göndər



Rusiyanın Yekaterinburq şəhərində pilotsuz uçuş aparatının (PUA) yaşayış binasına çırpılması nəticəsində ciddi dağıntı və xəsarət alanlar qeydə alınıb.

aia.az xəbər verir ki, hadisə səhər saatlarında şəhərin mərkəzində yerləşən "Triniti" yaşayış kompleksində baş verib. Dronun zərbəsi nəticəsində 32 mərtəbəli binanın 25-ci və 30-cu mərtəbələri arasındakı hissəsinə zərər dəyib, altı mərtəbənin pəncərələri tamamilə sökülüb. Sverdlovsk vilayətinin qubernatoru Denis Pasler bildirib ki, hadisə zamanı yanğın məhsullarından zəhərlənən altı nəfər tibbi yardıma müraciət edib, onlardan bir qadın xəstəxanaya yerləşdirilib. Təhlükəsizlik məqsədilə binadan 50 sakin təxliyə olunub.

Ukrayna sərhədindən təxminən 1 500 kilometr məsafədə yerləşən Yekaterinburqun mərkəzində baş verən bu hadisə bölgədə böyük təşvişə səbəb olub. Ural üzrə səlahiyyətli nümayəndə Artyom Joqa bəyan edib ki, artıq Ural bölgəsi də PUA-ların çatacağı zonaya daxil olub.

Hazırda hadisə yerində xüsusi xidmət orqanları araşdırma aparır, ərazi polis tərəfindən mühasirəyə alınıb. Sakinlərə müvəqqəti sığınacaqlar təklif olunub və bölgədə PUA təhlükəsi ilə bağlı xüsusi rejim qüvvədədir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə