Mobil versiya
Çernobılda "mutantlar" var? - Alimlər tədqiqat apardılar
Tarix: 20-04-2026 | Saat: 10:06
Bölmə:Manşet / Dünya | çapa göndər

Çernobılda "mutantlar" var? -

Çernobılın qadağan olunmuş zonasında heyvanlar arasında kütləvi mutasiyaların olmadığı bildirilib.

aia.az xəbər verir ki, bu barədə Çernobıl qoruğunun elmi şöbəsinin rəhbəri Denis Vişnevski "RBK-Ukrayna"ya açıqlama verib.

Onun sözlərinə görə, heyvanların müşahidəsi zamanı alimlər nəzərəçarpan xarici anomaliyalar aşkar etməyiblər. Vizual baxımdan zonada yaşayan canlılar digər regionlardakı növlərdən fərqlənmir.

Alim qeyd edib ki, hazırkı radiasiya səviyyəsi kütləvi mutasiyalara səbəb olacaq qədər yüksək deyil. Bundan əlavə, vəhşi təbiətdə təbii seçmə ciddi anomaliyaları olan fərdləri aradan qaldırır və onların sağ qalmasına imkan vermir.

Beləliklə, Çernobıl zonasında "mutantlar"la bağlı geniş yayılmış fikirlərin reallığı əks etdirmədiyi vurğulanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə