Almanlar Hörmüz boğazı üzündən Mertsin boğazından yapışıblar
Tarix: 16-04-2026 | Saat: 22:41
Bölmə:Dünya | çapa göndər
Almaniyada hakim partiyanın bir neçə yüksək vəzifəli üzvü kansler Fridrix Mertsin artan enerji qiymətlərinin həllində hərəkətsizliyini kəskin şəkildə tənqid edib.
aia.az xarici mediaya istinadla xəbər verir ki, onlardan biri Berlin meri və paytaxtdakı Xristian Demokrat Birliyinin (CDU) rəhbəri Kay Veqner, digəri partiyanın işçi qanadının lideri Dennis Radkedir. Onların ikisi də CDU-nun federal idarə heyətində çalışır.
Radke və Veqner müxtəlif müsahibələrdə baş nazirdən narazılıqlarını ifadə edərək, onu enerji böhranının öhdəsindən gəlməkdə aciz olmaqda ittiham ediblər. Mertsin özü də ötən həftə hökumət iqamətgahında bir neçə qəzetə verdiyi müsahibədə kabinetinin radikal enerji islahatlarına hazır olmadığını və böhranın əsas səbəbi kimi gördüyü Yaxın Şərqdəki hadisələrə təsir göstərə bilmədiyini gizlətməyib.
Bu həftənin əvvəlində təklif olunan yarımçıq tədbirlər (məsələn, yanacaq qiymətlərinin vergi komponentində bir qədər azalma) problemi həll etməyəcək. Əksinə, onlar bu il 20 milyard avroluq büdcə kəsirini bağlamaq üçün gəliri olmayan hökumətin ümumi maliyyə balansını pisləşdirə bilər. Maliyyə naziri Lars Klinqbayl (Sosial Demokrat Partiyası) tərəfindən yanacaq şirkətlərinə mənfəət vergisinin əhəmiyyətli dərəcədə artırılmasıtəklifi iqtisadiyyat naziri Katerina Rayxe (CDU) tərəfindən rədd edilib. Təklif həmçinin Aİ liderləri arasında da məmnunluq yaratmayıb.
Bu durum, Hörmüz boğazının bağlı olması və enerji qiymətlərinin artması Mertsin ictimai nüfuzuna mənfi təsir göstərməkdədir. Rəy sorğularına görə, “Almaniya üçün Alternativ” (AfD) partiyası Almaniyada liderlikdə qalır (26%). CDU/CSU blokunu 24%, SPD-nin isə 15% ictimai dəstəyi var.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-04-2026