Mobil versiya
"İranla müharibəyə girməyəcəyik"
Tarix: 15-04-2026 | Saat: 16:27
Bölmə:Dünya | çapa göndər

"İranla müharibəyə girməyəcəyik"

“ABŞ Prezidenti Donald Trampın tənqidlərinə baxmayaraq, Böyük Britaniyanın İranla müharibə etmək niyyəti yoxdur”.

aia.az xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Kir Starmer deyib.

“Böyük Britaniya bu müharibəyə cəlb olunmayacaq. Bu, bizim müharibəmiz deyil. Mən kursumu dəyişdirmək üçün böyük təzyiq altındayam. Dünən gecə bu təzyiqin şahidi olduq. Mövqeyimi dəyişdirmək və ya güzəştə getmək niyyətim yoxdur. Bu müharibəyə qoşulmaq milli maraqlarımıza uyğun deyil, bunu etməyəcəyik”, - Baş nazir bildirib.

Donald Tramp son həftələrdə Kir Starmeri ABŞ və İsrailin İrana hücumlarına qoşulmaqdan imtina etdiyinə görə dəfələrlə tənqid edib. Dünən gecə “Sky News”a müsahibəsində Amerika lideri Britaniya Baş nazirini miqrasiya və enerji siyasətinə görə də tənqid edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2026