Mobil versiya
İsraillə bağlı tədbirlər görürük - Fidan
Tarix: 13-04-2026 | Saat: 15:48
Bölmə:Dünya | çapa göndər

İsraillə bağlı tədbirlər görürük -

“Suriyada ortaya qoyulan idarəetmə modelinin xalqın dəstəyini qazanması lazımdır”.

aia.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“SDQ-nin Suriya ordusuna inteqrasiya prosesi davam etməlidir. Qarşıya qoyulan müəyyən hədəflər var. İsrailin cənubda - Süveyda bölgəsindəki durumdan istifadə etmək niyyəti var. Əsas problem ölkədəki dağıntıların bərpasıdır, təhlükəsizlik təmin olunduqca bunun mümkün olacağını düşünürük.

İsrailin Suriyaya yönəlik təxirə saldığı siyasət risklər yarada bilər. Hazırda İranla bağlı durum səbəbindən bunu etmir, indi onun prioriteti bu deyil. Amma zamanı gələndə etmək istəyəcək. (İsrail Baş naziri Benyamin) Netanyahu və komandasının baxış bucağı məlumdur, biz də buna uyğun tədbirlər görürük”, - nazir bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026