Qətərdən İrana SƏRT CAVAB: "Hücumların dayandırılması üçün pul ödəmirik"
Tarix: 11-04-2026 | Saat: 22:49
Bölmə:Dünya | çapa göndər

Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid əl-Ənsari "Al Jazeera" telekanalına verdiyi müsahibədə İranın hücumlarının azaldığını, lakin tamamilə dayanmadığını bəyan edib.
"aia.az" xəbər verir ki, diplomat Körfəz ölkələrindən hər hansı birinə qarşı edilən hücumun bütün bölgə dövlətlərinə qarşı yönəlmiş bir təhdid olduğunu vurğulayıb.
Əl-Ənsari Qətərin öz ərazisinə hücumların dayandırılması müqabilində Tehrana ödənişlər etməsi barədə yayılan şayiələri qətiyyətlə təkzib edib. "Qətər ona qarşı hücumların dayandırılması üçün heç bir ödəniş etmir", - deyə bildirən XİN rəsmisi, ölkəsinin İran tərəfindən gələn hücumları zərərsizləşdirmək qabiliyyətində olduğunu əlavə edib.
Rəsmi nümayəndə həmçinin qeyd edib ki, Tehranın yalnız hərbi hədəfləri vurduğunu iddia etməsinə baxmayaraq, İran tərəfindən mülki və sənaye obyektlərinə də zərbələr endirilib. Qətər rəsmisi bölgədə təhlükəsizliyin qorunması üçün prinsipial mövqelərinin dəyişməz qaldığını diqqətə çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-04-2026
11-04-2026